Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir.
Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır.
== Oynanılması ==
Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.